Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib

15 Yanvar 2025 16:35

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

Milli.Az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubun səhmlərinin 5 faiz payına yiyələnəcək.

39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadılacağı və bu anlaşmadan 200 milyon avro qazanacağı bildirilir. Futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, K.Ronaldu 2023-cü ilin yanvarından "Ən-Nəsr"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 90 matçda 81 qol vurub./oxu.az

Milli.Az