"Artıq ölü yuya bilərəm”" - Aktyordan qəribə açıqlama - FOTO

15 Yanvar 2025 18:47

TRT-nin "Tabii" platformasında yayımlanan "Qassal" serialı qara yumor və dramatik hekayəsi ilə izləyicilər tərəfindən qısa zamanda bəyənilib.

Milli.Az Türk mediasına istinadla xəbər verir ki, ilk bölümü bir həftədə 6 milyon izlənmə qazanan serialın baş rolunda yer alan Ahmet Kural roluna hazırlanmaq üçün qassallıq peşəsini öyrəndiyini deyib:

"Peşənin incəliklərini araşdırdım və hətta ölü yuma prosesini öyrəndim. Bu, həm təsirli, həm də dərin təcrübə idi.Artıq həqiqətən bir ölü yuya bilərəm"".

Kural ssenarinin onu ilk oxuyanda həyəcanlandırdığını bildirib:

"İndiyə qədər belə bir obraz oynamamışdım. Bakinin tənhalığı və bu tənhalığı qəbul etməsi məni çox təsirləndirdi".

Dram və qara yumoru birləşdirən "Qassal"la Kuralın performansı həm tənqidçilərdən, həm də tamaşaçılardan böyük dəstək qazanıb.

Fidan
Milli.Az