Qalmaqal yaşadığı “ana”sının ölümündən yazdı - FOTO

15 Yanvar 2025 12:59

"Yaprak dökümü"nün Sedefi Seda Demir sağlığında qalmaqal yaşadığı Bedia Enerlə bağlı paylaşım edib.

Milli.Az bildirir ki, o, ekran işində anasını canlandıran həmkarının ölümünə görə kədərli olduğunu bildirib: "Allah rəhmət etsin. Məkanı cənnət olsun. Çox məyus oldum. Sevdiklərinə Allahdan səbr diləyirəm".

Qeyd edək ki,  S. Demir illər sonra B. Enerlə bağlı qalmaqallı açıqlamalar vermişdi. Onun tərəfindən mobbingə məruz qaldığını iddia edən Seda "Bu səslə aktrisalıq edə bilməzsən dedi. 7-8 il səsimə nifrət etdim", - deyə, bildirmişdi. /Olay.az

Milli.Az