Azərbaycanda daha bir nəfər xəstəxanada öldü - 21 yaşıında

15 Yanvar 2025 12:31

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Saatlı şəhər sakini 2004-cü il təvəllüdlü Pərvanə Xəyal qızı Həvəskari yanvarın 13-ü kəskin ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb.

Tibbi yardıma baxmayaraq, o, yanvarın 14-ü vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, son günlər dünyada və ölkəmizdə kəskin virusun yayılması barədə məlumatlar paylaşılır.

Milli.Az