Mozilla-nın poçtunun sonu çatdı
9 İyul 2012 19:17
Şirkətin nümayəndəsi Mitçell Beykerin dediyinə görə, Firefox brauzerinin yaradıcsı poçt klienti proqramını bundan sonra təkmilləşdirmək niyyətində deyil.
"Son illər istifadəçilər desktop proqramı ilə müqayisədə "Google Gmail", "Yahoo! Mail" və ya "Microsoft Hotmail"ə üstünlük verirlər", - Beyker bildirib.
Milli.Az Mozilla-nin rəsmi bloquna istinadən bildirir ki, ilk versiyası 2004-cü ilin dekabrında çıxmış Thunderbird pulsuz yayıldığı üçün populyarlaşmışdı.
Thunderbird-ün son, 13-cü relizi ötən ay olub. Poçt klientinin hazırda 20 milyon istifadəçisi var. Noyabrın 20-də poçt klientinin son versiyası buraxılacaq, bir il sonra isə Mozilla şirkəti poçt klienti ilə bağlı bütün işləri dayandıracaq.
Milli.Az