Mask yenə məhkəməyə verildi

15 Yanvar 2025 15:08

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), Elon Musk-ı sosial media platforması Twitter-in (indiki adı ilə "X") səhmlərini alarkən zəruri bildirişləri vaxtında təqdim etməməkdə ittiham edərək məhkəməyə müraciət edib.

Milli.Az-ın Haber Global-a istinadən verdiyi məlumata görə, məhkəmə sənədlərində SEC iddia edib ki, Musk bu davranışı ilə səhmləri daha aşağı qiymətlərlə almağa davam edib və nəticədə ən azı 150 milyon dollar az ödəniş edib.

Qanunlara əsasən, Musk 5 faizlik həddi keçdikdən sonra 10 gün ərzində SEC-ə bildiriş təqdim etməli idi, lakin o, bu öhdəliyi yerinə yetirməyib.

4 aprel 2022: Bildiriş müddətini 11 gün gecikdirdikdən sonra Musk SEC-ə təqdim etdiyi hesabatda Twitter səhmlərinin 9 faizindən çoxunu aldığını açıqlayıb. Həmin gün Twitter səhmlərinin dəyəri 27 faizdən çox artıb.

SEC qeyd edir ki, Musk-ın bildiriş gecikdirməsi nəticəsində investorlar Twitter səhmlərini süni olaraq aşağı qiymətlərlə satmaq məcburiyyətində qalıb və ciddi maliyyə zərərinə uğrayıblar.

Komissiya məhkəmədən Muskın cərimə ödəməsini tələb edib.

Bu ittihamlar, Musk-ın Twitter-in alınması ilə bağlı fəaliyyəti üzərində yaranan mübahisələrə yeni bir mərhələ əlavə edib.

Fidan
Milli.Az