Qobustanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az bildirir ki, Mürşüdova Güldanə Zahir qızı dünən saat 20:45-də rayonun Nabur kəndində bacısının yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az