Vanda Nara ortada qaldı - "Əlidən də oldu, vəlidən də" - FOTO

15 Yanvar 2025 10:29

"Qalatasaray"ın futbolçusu Mauro İkardi ilə həyat yoldaşı Vanda Naranın münasibəti yenidən gündəmdədir.

Milli.Az xəbər verir ki, bu məsələlərdən ən çox zərərçəkən tərəf Vanda Nara olub.

İkardi boşanma prosesi çərçivəsində Naranın xəyanətini sübut edən sənədləri ictimaiyyətə təqdim edib. Bu hadisələrdən sonra Wanda Nara məşhur repçi L-Gante ilə münasibətinə son qoyduğunu və İcardi ilə barışmaq istədiyini açıqlayıb.

Lakin Mauro İcardi barışıq təklifini rədd edib və yeni sevgilisi China Suarez ilə paylaşdığı romantik fotolarla bunu açıq şəkildə göstərib. L-Gante isə yeni sevgilisi ilə çəkdirdiyi şəkilləri sosial mediada yayımlayaraq Wanda Naraya mesaj göndərib. Sosial media izləyiciləri bu hadisələrə "Olan Vanda Naraya oldu!", "Əlidən də oldu, vəlidən də"" şəklində reaksiya verib.

İcardi və China Suarez arasındakı yeni münasibət futbolçunun əvvəlki evliliyinə aid döymələrini sildirməsi ilə diqqət çəkib. Vanda Nara ilə birlikdə olduqları dövrdə bədənlərinə qarşılıqlı döymələr etdirmiş cütlükdən İkardi artıq keçmişini tamamilə geridə qoyduğunu nümayiş etdirib. Wanda Naranın bu mövzuda nə addım atdığı isə hələlik məlum deyil.

İsmayıl
Milli.Az