Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqləndi

15 Yanvar 2025 10:28

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiq edilib.

Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 289,5 hektarlıq sahədə təsdiq edilib.

Milli.Az