Rusiya quqlu yenə cərimələdi

15 Yanvar 2025 09:44

Moskvanın Çertanovski Məhkəməsi inzibati cəzanın icrasından yayındığına görə quqlu 8 milyard rubldan çox cərimələyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən "İnterfaks"a bildirilib.

Şirkət inzibati cəzanın icrasından yayınmaqda təqsirli bilinir (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsi). Buna görə cəza əvvəllər ödənilməmiş cərimənin iki misli miqdarında inzibati cərimə tətbiq edilməsinə səbəb olur.

Qeyd edək ki, daha əvvəl Rusiyada quql bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.

Milli.Az