Şagird Slovakiya Prezidentinin əlini qəsdən sıxmadı - VİDEO

15 Yanvar 2025 00:41

Slovakiyada riyaziyyat fənn olimpiadasında fəal iştirakına görə mükafat alan şagird ölkə Prezidenti Peter Pelleqrinin əlini sıxmaqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, videoda Bratislava məktəbinin Simon Omanik adlı şagirdi Mərkəzi Avropa Riyaziyyat Olimpiadasındakı iştirakına görə təhsil naziri Tomas Drucker tərəfindən bürünc medalla təltif edilir.

Bunun ardınca nazir şagirdə onun yanında dayanan prezident Pelleqrininin əlini sıxmağı təklif edir və bu an ölkə liderinin əli "havada qalır".

Omanın Pelleqrininin əlini sıxmaqdan niyə imtina etməsi ilə bağlı Slovakiya mediasında əlavə izah verilməyib.

Bununla belə, tələbənin yaxasında Ukrayna bayrağını əks etdirən lent olması müxtəlif versiyalara yol açıb.

Qeyd edək ki, ötən həftə prezident Pelleqrini Ukraynanın Rusiya qazının tranzitini dayandırmaq qərarını əsas gətirərək Kiyevə rəsmi səfərini ləğv etdiyini bildirmişdi.

Milli.Az