FA Kubokunun üçüncü turunda Liverpulun dördüncü liqa komandası Accrington Stanley'i 4-0 məğlub etdiyi matçda 72 dəqiqə meydanda qalaraq diqqət çəkən "Liverpul"un 16 yaşlı ulduzu Rio Ngumoha futbol dünyasının yeni istedadı ola bilər.
Milli.Az xəbər verir ki, 16 yaşı olan Ngumoha, İngiltərə Kubokunda Liverpool üçün oynayan ən gənc və tarixində ikinci ən gənc oyunçu olub.
Liverpool baş məşqçisi Slot oyunçusu haqqında deyib: "Gənc oyunçuların debüt etməsi xüsusi bir şeydir".
Daha əvvəl bir dəfə "Liverpul"un peşəkar heyətində yer alan Nqumoha həm Britaniya, həm də Nigeriya vətəndaşlığına malikdir.
Qeyd edək ki, Ngumoha sol cinahda, sağ cinahda və on nömrəli mövqelərdə effektiv çıxışı ilə seçilib.
Futbolçu karyerasına "Çelsi"nin infrastrukturunda başlayan Nqumoha mövsümün əvvəlində "Liverpul"a transfer olunub. Gənc istedad bu mövsüm aşağı kateqoriyalarda bütün kateqoriyalar üzrə 14 matçda 4 məhsuldar ötürmə edib. /News24.az
Milli.Az