Günün qoroskopu

29 May 2010 07:00
Göylərin mənzərəsi

29 may şənbə, 12-ci Ay günü, Günəş - Əkizlərdə, Ay - Oğlaqda, Merkuri - Buğada, Venera - Xərçəngdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç -  İşləriniz alınmır. Əsəbiləşirsiniz. Unutmayın ki, bununla vəziyyətinizi bir az da çətinə sala bilərsiniz. Soyuqqanlı görünün.

Buğa -  İşləriniz alınacaq. Yarımçıq qoyduğunuz problemlərin həllinə nail ola biləcəksiniz. Dostlarınızın köməyindən istifadə edin.  

Əkizlər -  Çətin gündür. Hər bir işiniz maneələrlə üzləşir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız yoxdur.

Xərçəng -  Rahat keçən bu gündə ən vacib problemlərinizi həll etməlisiniz. Sizə yardımçı olanlara təşəkkür etməyi unutmayın.

Şir  - İşləriniz alınmır. Maliyyə məsələlərini həll etməmiş başqa problemlər yoluna düşmür. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Qız -  Özünüzü rahat və gümrah hiss edəcəksiniz. Maliyyə məsələlərini həll etmək üçün uğurlu gündür. Telefon əlaqələriniz genişləndirin.

Tərəzi -  Çətinliklə üzləşəndə ruhdan düşməyin. Maliyyə vəziyyətiniz yaxşılaşdırmaq şanslarınız hələ də yaranmayıb. Yaxın əlaqələrinizdən istifadə edin.

Əqrəb -  İşləriniz istədiyiniz qədər yaxşı alına bilər. Gücünüzün çoxluğunu fəaliyyətinizin keyfiyyətinə yönəldin. Maliyyə məsələlərini yoluna qoymaq üçün yaxşı məqamdır.

Oxatan - İşləriniz alınmır. Gərgin keçən bu gündə hər şeyi dərd etməyin. Bu da gəlib keçər deyə özünüzə təskinlik verin.

Oğlaq - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü güclü hiss edəcəksiniz. İşləriniz alınacaq. Maliyyə vəziyyətiniz yaxşılaşacaq.

Dolça - İşləriniz alınmır. Çəkdiyiniz zəhmətlərin müqabilində əldə etdikləriniz barədə heç danışmağa dəyməz.  

Balıqlar -  Özünüzü rahat hiss edəcəksiniz. İşləriniz alınacaq. Hər tərəfdən qayğı ilə əhatələnəcəksiniz. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaş şanslarınız çoxdur.  

Milli.Az