Çin "TikTok"u İlon Maska satır?

15 Yanvar 2025 08:59

"TikTok" nümayəndəsi Çinin sosial şəbəkənin ABŞ bölməsini sahibkar İlon Maska satmaq imkanını nəzərdən keçirməsi barədə şayiələri təkzib edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Bizdən boş şayiələrə şərh verməyimizi gözləməyin", - deyə "TikTok" nümayəndəsi bildirib.

Qeyd edək ki, Çinin "ByteDance" şirkəti ya sosial şəbəkəni satmalı, ya da 19 yanvara qədər ABŞ ərazisində fəaliyyətini dayandırmalıdır. ABŞ-nin hazırkı dövlət başçısı Co Bayden ötən il bununla bağlı Konqres tərəfindən qəbul edilmiş qanunu imzalayıb.

Milli.Az