Filiz Akının səhhətində problem yarandı - Vəziyyəti ağırdır - FOTO

14 Yanvar 2025 17:27

Yeşilçamın aktrisası Filiz Akın uzun müddətdir səhhətində problemlər ilə mübarizə aparır.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, o, 1 sentyabr tarixindən etibarən Bodrumda sətəlcəm və digər infeksiyalardan müalicə alırdı. Lakin aktrisa vəziyyəti ağırlaşdıqdan sonra, prezidentin təlimatı ilə Səhiyyə Nazirliyinə aid təcili yardım təyyarəsi ilə İstanbula göndərilib.

Yaxın ailə üzvlərindən alınan məlumatlara görə, Filiz Akın gecə saatlarında İstanbulda müalicəsinin davam etdirilməsi üçün gətirilib.

Ailəsindən hələlik tam açıqlama verilməyib.

Fidan
Milli.Az