Qalyan: İrəvana yeni Konstitusiya lazımdır

14 Yanvar 2025 18:46

Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusiyanın hazırlanmasının zəruriliyini bəyan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə nazir yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib.

"Dəfələrlə bəyan etdiyim kimi, bizim vəzifəmiz seçkiyə qədər yeni Konstitusiyanın mətninə sahib olmaqdır, işlərimiz bu istiqamətdə aparılmalıdır", - o bildirib.

Milli.Az