Afiəddin Məmmədova 8 il iş verildi

14 Yanvar 2025 15:30

Qəsdən adam bıçaqlamaqda ittiham edilən ictimai fəal Afiəddin Məmmədovun məhkəmə araşdırması tamamlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, A. Məmmədov qəsdən sağlamlığa ağır zərər vurmaqda, qanunsuz soyuq silah gəzdirməkdə və xuliqanlıqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Afiəddin ötən ilin sentyabrında polis əməkdaşları tərəfindən tutulub. O, "Demokratiya 1918" Hərəkatının İdarə Heyətinin üzvü olub. Hərəkat sonradan ləğv edildiyini elan edib.

Milli.Az