Türkiyədə dənizə tor atan balıqçılar şoka düşdü - FOTO

15 Yanvar 2025 06:33

Tekirdağda balıqçılar selik səbəbilə torlarını istifadə edə bilmir.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun illərdir bölgədə balıqçılıqla məşğul olan Aydın Şengül bildirib ki, Mərmərə dənizində balıq ovlamağın artıq mümkün olmadığını bildirib:

"Mərmərə dənizi bitib. Torlarımız selikdən cırılıb. Balıqlar Qara dənizdə qaldı. 3 aydır ki, balıq ovuna çıxa bilmirik".

Balıqçılardan Mehmet Ali Tuncer isə selik səbəbilə torların zədələndiyini və ağır çəkidə olduğu üçün torları çəkə bilmədiklərini bildirib.

Tekirdağ Namık Kamal Universitetindən prof. Dr. Lokman Hakan Tecer selikli qişa probleminin əsas səbəbinin Mərmərə dənizinə buraxılan azot və fosfor olduğunu vurğulayıb. O bildirib ki, tullantı sularında azot və fosforun aradan qaldırılması yalnız qabaqcıl bioloji təmizləyici qurğular vasitəsilə mümkündür.

Fidan
Milli.Az