Paşinyan Təhlükəsizlik Xidməti rəisini dəyişmək istəyir

14 Yanvar 2025 11:26

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Andranik Simonyana qurumun rəhbərliyini həvalə etməyi nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, Paşinyan gördükləri işi qiymətləndirmək və hazırkı xidmət rəisinin ona olan sədaqətini yoxlamaq məqsədilə Abazyan və Simonyana eyni tapşırıqlar verir.

"Abazyan heç də hər zaman Paşinyanın siyasi göstərişlərini icra etmir, halbuki Simonyan onun ən mübahisəli göstərişlərini belə canla-başla yerinə yetirir", - məlumatda deyilir.

Milli.Az