“Bitcoin”in qiyməti ucuzlaşdı

13 Yanvar 2025 21:37

"Bitcoin" 2024-cü ilin noyabrından bəri ilk dəfə 90 min dollardan aşağı düşüb.

Milli.Az xəbər verir ki, bunu "Binance" kriptovalyuta birjasının məlumatları sübut edir.

Belə ki, kriptovalyuta 5 faizdən çox dəyər itirərək, 89 919 min dollara düşüb.

Qeyd edək ki, daha əvvəl "Bitget Research"ün baş analitiki Ryan Li bildirmişdi ki, "Bitcoin" ABŞ-nin pul siyasəti ilə bağlı ucuzlaşır.

Milli.Az