Rusiyada hospital yanır - VİDEO

13 Yanvar 2025 16:53

Rusiyanın Tula şəhərindəki hərbi xəstəxanada yanğın baş verib.

Milli.Az rus kanallarına istinadla xəbər verir ki, baş verən yanğının səbəbi ilkin olaraq naqillərin nasazlığı olaraq bilinir.

Yanğın əvvəlcə 3-cü mərtəbədəki birinci palatanı, 1 və 2 saylı palataları əhatə edib və ofislərdən biri yanıb. Binadan 57 nəfər təxliyə edilib. Hazırda alov dam örtüyünə keçib, yanğının sahəsi 1 min kvadratmetri keçib.

Sovetskaya küçəsi qismən bağlanıb, Zareçenski rayonu istiqamətində nəqliyyatın hərəkəti kəsilib.

Fidan
Milil.Az