Bu rayonumuzda ölünü basdıra bilmirlər - qəbiristanlıqları yoxdur - FOTO

13 Yanvar 2025 20:56

Daşkəsən Azərbaycanda qəbiristanlığın olmadığı yeganə şəhər tipli yaşayış məntəqəsidir.

Milli.Az bildirir ki,  burada yaşayan sakinlər vəfat edən yaxınlarını müxtəlif ərazilərdəki qəbiristanlıqlarda dəfn etməli olurlar.

"Kimsə öləndə hərə öz kəndindəki qəbiristanlıqda, yaxud qohumlarının yaşadığı başqa yerlərdə dəfn edilir. Yaxınlarımızı buradan kilometrlərlə uzağa aparmalı oluruq", - deyə sakinlər bildiriblər.

Qeyd edək ki, rayonun mərkəzində yalnız Şəhidlər xiyabanı var ki, burada Birinci və İkinci Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş 38 şəhidimiz dəfn olunub. /Baku TV

Milli.Az