Adam öldürüb Türkiyəyə qaçmışdı - 12 il həbs verildi

13 Yanvar 2025 14:08

Ötən ilin yanında Naxçıvanın Babək rayonu Tumbul kəndində 31 yaşlı Rahib Abdullayevi bıçaqlayaraq öldürən 1974-cü il təvəllüdlü Kərim Hüseynovun məhkəməsi başa çatıb.

Milli.Az xəbər verir ki, hadisəni törədən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Kərim və Rahib hadisə vaxtı sərxoş halda olublar.

Onların arasında söyüş üstündə mübahisə düşüb. Dava-dalaş zamanı Kərim Rahibə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

K.Hüseynov hadisədən dərhal sonra Türkiyəyə keçsə də, orada tutularaq Naxçıvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə K.Hüseynova 12 il həbs cəzası verilib./"qafqazinfo" 

Milli.Az