"Qarabağ" Juninyonun yerinə futbolçu tapıb - 1,5 milyon qiyməti var

13 Yanvar 2025 12:31

"Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün çalışmalara başlayıb. 

Milli.Az xəbər verir ki, Ağdam klubu Rumıniyada çıxış edən Yanis Stoykanı transfer etmək istəyir.

"Hermannstadt" klubunun formasını geyinən 22 yaşlı vinger uğrunda iki klubun mübarizə apardığı bildirilir.

Bunlardan biri "Qarabağ", digəri isə "Dinamo Kiyev"dir. Rumıniyanın gənclər millisinin üzvü hücumun hər iki cinahı ilə yanaşı, mərkəzində də oynamağı bacarır. Rumıniya klubu həm "Qarabağ", həm də "Dinamo Kiyev"dən təklif alsa da, danışıqlar ilkin mərhələdədir.

Yanis Stoykanın "Hermannstadt"la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. "Hermannştadt" klubu onun üçün 1,5 milyon avro istəyir.

Milli.Az