Musiqi dünyasının populyar mükafatları arasında yer alan "Grammy"nin keçirilməsi təxirə salınacaq.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, təxirə salınmanın səbəbi Los-Ancelesdəki meşə yanğınlarıdır.
"Grammy" mərasiminin fevralın 2-də "Crypto.com" arenada baş tutacağı planlaşdırılırdı. Mərasimlə bağlı digər məsələlər isə hələ açıqlanmamışdı.
Qeyd edək ki, "Oskar" mükafatlandırma mərasiminin də vaxtı dəyişdirilib.
Fidan
Milli.Az