Bu tarixdə "Planetlərin paradı"nı adi gözlə görmək mümkün olacaq

13 Yanvar 2025 13:00

Yanvar ayının 21-də astronomiya həvəskarları  yeddi planet və Yerin peyki Günəşin bir tərəfində düzülərək "planetlərin şərti paradı"nı görə biləcəklər.

Milli.Az xəbər verir ki, həmin yeddi planet - Mars, Merkuri, Yupiter, Uran, Venera, Neptun və Saturn bir xətt boyunca düzüləcək.

Planetlərin bu cür forması maraqlı görüntünü ortaya çıxaracaq.

Qeyd edək ki, teleskopsuz Mars, Yupiter, Venera və Saturnu görmək mümkün olacaq.

Asya
Milli.Az