İstanbulda tender fırıldaqçılığı ilə əlaqədar əməliyyat çərçivəsində 47 şübhəli barəsində həbs qərarı çıxarılıb.Onlar arasında Beşiktaş Bələdiyyə Başçısı Rıza Akpolat və keçmiş Esenyurt Bələdiyyə Başçısı Əhməd Özer də var.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, araşdırmalara əsasən, Əziz İhsan Aktaşın rəhbərlik etdiyi cinayətkar təşkilatın bələdiyyə rəhbərlərinə rüşvət verərək tender proseslərinə müdaxilə etdiyi və öz şirkətlərinə üstünlük verdiyi müəyyən edilib.
İstanbul Baş Prokurorluğunun verdiyi məlumata görə, cinayət təşkilatı tender saxtakarlığı, rüşvətxorluq, aktivlərin yuyulması və digər korrupsiya halları ilə bağlı ittiham olunub.
Prokurorluq məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyini bildirib.
Fidan
Milli.Az