Bakının bu rayonunda evlər daha çox bahalaşacaq

13 Yanvar 2025 10:58

Ötən il Bakıda söküntülər və əmlak bazarında olan bahalaşma oldu. Paytaxtda və ətraf ərazilərdə evlərin bahalaşmasının bir neçə səbəbi var.

Bəs bu il əmlak bazarında vəziyyət necə olacaq ?

Mütəxəssizlərin fikrincə paytaxtın mərkəzində bina tikmək üçün boş torpaq qalmayıb. Buna görə də tikinti şirkətləri köhnə binaları söküb, yerinə yeni binaları tikir. Bu imkanlar isə məhduddur.

Azərbaycan Rieltorlar Assosiasiyasının sədri Vəfadar Axundov bildirib ki, məhz bu səbəb daşınmaz əmlak qiymətin artıran səbəblərdəndir.

"Bu il də bahalaşmanın davam edəcəyi gözlənilir. Qiymət artımına səbəb olan digər səbəb isə insanların əllərində olan pulu əmlaka yatırması ilə bağlıdır. Bu ilə qədər hələ ki əmlakın qiymətinin düşdüyü müşahidə olunmayıb. Artım bu il də 3-4 dəfə çox gözlənilir. Bahalaşma daha çox paytaxt və Abşeronda olacaq". 

Əmlak eksperti Elnur Fərzəliyev də bahalaşmanı təsdiqləyib.

"Bu il bahalaşma 20-25 faiz gözlənilir. Bahalaşma daha çox mərkəzdə Xətai və Yasamalda olacaq. Dövlətin sənədsiz evlərlə bağlı planlaşdırdığı işlər həyata keçərsə, bu tip əmlaklarda sabitləşmə olacaq".

Qeyd edək ki, ekpertlər ev alarkən ilk növbədə evin sənədi ilə bağlı diqqətli olmağı tövsiyə edir.

Aysel Əkbər
Milli.Az