30 yaşında tərk etdiyim doğma yurdumuz Cəbrayıla qayıdışın sevincini, həyəcanını yaşayıram.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Cəbrayıl sakini Ələddin Hüseynov deyib.
Onun sözlərinə görə, indi 62 yaşında doğma elinə, obasına qayıdır.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, dövlətimizi və ordumuzu qorusun", -deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Milli.Az