Kanadanın Gabriola adasında yaşayan Lacey adlı toyuq Ginnesin Rekordlar Kitabına düşüb.
Milli.Az xəbər verir ki, baytar Emili Karrinqtonun "təlim" keçdiyi Lacey qısa müddət ərzində rəqəm və hərfləri tanıyıb.
O, bir dəqiqə ərzində altı fərqli fiquru düzgün müəyyən edib və bu onu Ginnes rekordları siyahısına daxil edib.
Milli.Az