Azərbaycanda zəlzələ oldu

13 Yanvar 2025 00:05

Azərbaycan-İran sərhədində 3.1 maqnitudalı zəlzələ olub.

Bu barədə Milli.Az-a Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycan-İran sərhdində (İran ərazisində) qeydə alınıb və 26 km dərinlikdə baş verib.

Zəlzələ hiss olunmayıb.

Milli.Az