Krımda zəlzələ oldu

12 Yanvar 2025 21:18

Krım yarımadasında 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələ Moskva vaxtı ilə saat 17:49-da Tamandan təxminən 60 kilometr aralıda qeydə alınıb.

Tələfat və dağıntılarla bağlı hələlik məlumat yoxdur.

Milli.Az