Qazaxda 25 yaşlı qadın zəhərlənərək öldü - Yenilənib

12 Yanvar 2025 22:15

22:15

Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBIB-dən açıqlama verilib.

TƏBIB-dən bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30 radələrində 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Dərhal çağırış ünvanına briqada cəlb olunub.

Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.

--------
19:31


Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.

Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az