"Nəhayət, bu iyrənc əsr başa çatır"

12 Yanvar 2025 18:57

Nəhayət, bu iyrənc, axmaq, qəddar iyirminci əsr başa çatır. Bu necə də yapışqan zibil idi - liberalizm, kommunizm, faşizm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı ultra-mühafizəkar filosof və "Rus dünyası"nın ideoloqu Aleksandr Dugin Donald Trampın yaxınlaşan andiçmə mərasimi haqqında danışarkən deyib.

"Biri digərindən daha iyrəncdir. Yeni ölçülərə girməyin vaxtı gəldi. Üçüncü Dünya Müharibəsini və təbii ki, Dünyanın Sonunu nəzərə almasanız, Trampın inauqurasiyası dünya tarixində ən mühüm hadisə olacaq", - o bildirib.

Milli.Az