Trampa qarşı çıxan prokuror işindən oldu

12 Yanvar 2025 14:17

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinə iddia edilən müdaxiləsi və Floridadakı malikanəsində gizli hökumət sənədlərinin saxlanması ilə bağlı təhqiqata nəzarət edən Federal Dairə Prokurorunun xüsusi ittihamçısı Cek Smit tutduğu vəzifədən istefa verib.

Milli.Az TRT Haber-ə istinadən xəbər verir ki, Smitin istefası ərizəsi artıq təqdim edilib.

"Xüsusi ittihamçı öz işini tamamladı və son məxfi hesabatını 2025-ci il yanvarın 7-də təqdim edib və yanvarın 10-da Ədliyyə Nazirliyini tərk edib", - Trampa qarşı işin nəticələrini əhatə edən hesabatla bağlı iddiada qeyd edilib. /APA

Milli.Az