"Nə etməli olduğumuz artıq bəllidir"

12 Yanvar 2025 12:19

Mən sülh prosesini, rəqəmsallaşmanı və korrupsiyaya qarşı mübarizəni özüm üçün prioritet, lokomotiv proqram hesab edirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda keçirilən müşavirədə deyib.

"Və mən yenidən Real Ermənistanın ideologiyasına və konsepsiyasına qayıtmaq istəyirəm. Bizim Təhsil və Elm Nazirliyi ilə müzakirələr aparmağa imkanımız oldu və mən əsasən Real Ermənistanın mədəni ideologiyasının nədən ibarət olması məsələsini qaldırdım. Amma biz bu sualı bütün sahələrə verməliyik: Real Ermənistanın iqtisadi siyasəti, Real Ermənistanın sosial siyasəti, xarici siyasəti nədir?

Təhsil və Elm Nazirliyi sferasında bizim nə etməli olduğumuz artıq bəllidir, müdafiə sahəsində Real Ermənistanın ideologiyası da görünür. Biz bütün sahələrə baxmalı və bütün siyasətimizdə bu sualı verməliyik. Bu müddət ərzində Real Ermənistan ideologiyasını inkişaf etdirmək və onu daha sistemli siyasi ideologiya kimi formalaşdırmaq lazımdır", - o bildirib.

Milli.Az