Sumqayıtda avtomobildə yanaraq ölən Fikrət subay olub - Yenilənib - VİDEO - FOTO

13 Yanvar 2025 21:27

21:27

Yanvarın 12-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində maşında yanaraq ölən Fikrət Həsənlinin qonşuları Baku TV-yə danışıblar.

Mərhumun qonşusu Elmira Süleymanzadənin sözlərinə görə, F.Həsənli subay idi:

"Fikrət körpəlikdən burada nənəsi ilə birlikdə yaşayırdı. Hərbi xidmətini başa vurmuşdu, universitetdə oxuyurdu. Sonra nənəsi ağır xəstələndi, Fikrət başqa yerə köçdü, kirayədə qalırdı. Burada olanda nənəsi həmişə ona nəzarət edirdi, işinə vaxtında gedib gəlirdi. Axırıncı dəfə keçən il dostları ilə birlikdə burada olmuşdu. Bir ilə yaxındır ki, gəlmirdi".

---------
22:58

Sumqayıtda səhər saatlarında müəmmalı şəkildə avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub.

"Kia" markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində "Kia" markalı 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. /APA

----------
22:44

Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərov bildirib ki, hadisə səhər saat 6 radələrində baş verib.

Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

--------
08:58


Sumqayıt şəhərində kişi avtomobildə yanaraq ölüb.

Milli.Az bildirir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Meyitin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az