"Kaliforniyada yanğınlarla mübarizədə məhbuslardan istifadə ikiüzlülükdür"

12 Yanvar 2025 08:50

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kaliforniyanın cənubunda meşə yanğınları ilə mübarizədə məhbuslardan istifadə edilməsini ikiüzlülük adlandırıb.

Milli.Az xəbər verir ki, bu barədə diplomat "Telegram" kanalında yazıb.

"Kaliforniyanın cənubunda meşə yanğınlarının söndürülməsi üçün yüzlərlə məhbus əraziyə cəlb edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlar yanğınla mübarizədə iştirak edən şəxsi heyətin təxminən üçdə birini təşkil edir", - XİN rəsmisi vurğulayıb.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-nin Çini məcburi əməkdən istifadə etdiyinə görə dəfələrlə necə tənqid etdiyini xatırladıb. /APA
 
Milli.Az