Rusiyadan ABŞ-yə xəbərdarlıq

11 Yanvar 2025 22:10

Rusiya ABŞ-nin yerli enerji sektoruna tətbiq etdiyi sanksiyalar paketinə rəsmi münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi müvafiq bəyanat yayıb.

Sənəddə qeyd olunub ki, məhdudiyyətlər ABŞ-nin hazırkı adminstrasiyasının düşmənçilik siyasətini əks etdirir və Rusiya öz növbəsində buna cavab verəcək:

"Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq".

Milli.Az