Fransada iki qatar toqquşdu - 50-dən çox yaralı var - Yenilənib

12 Yanvar 2025 00:21

00:21

Strasburqda iki tramvayın toqquşması nəticəsində xəsarət alanların sayı 50-ni ötüb.

Milli.Az xəbər verir ki, bu barədə Aşağı Reyn departamentinin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Rene Silye BFMTV telekanalının efirində bildirib.

"Xəsarət alanların həyati təhlükəsi yoxdur. Zərərçəkənlərin təxminən yarısı tibb müəssisələrinə yerləşdirilib", - o deyib.

Silyenin sözlərinə görə, tramvaylarda təxminən 150 nəfər olub.

---------------
2025.01.11


Fransanın Strasburq şəhərində iki tramvayın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ciddi olaraq qiymətləndirilir.

Milli.Az xəbər verir ki, hadisə bir tramvayın yol dəyişərək Strasburq stansiyasında dayanan tramvayla toqquşması nəticəsində baş verib.

Sosial mediada paylaşılan görüntülər sərnişinlərin içəridə sıxışanlara kömək etmək üçün təcili olaraq tramvay qapılarını sındırdıqlarını göstərir.

Hazırda genişmiqyaslı xilasetmə əməliyyatı davam edir. Yerli hakimiyyət orqanları bütün sərnişinlərin təxliyə edildiyini və yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığını təsdiqləyib.

Dəmir yolu hərəkəti dayandırılıb və hadisənin siqnal xətası və ya texniki nasazlıq səbəbindən baş verib-vermədiyini araşdırmaq üçün istintaq başladılıb.

Lalə Qüdrətova
Milli.Az