30 yaşlı qadının ölümü ilə bağlı araşdırma başladı

11 Yanvar 2025 16:59

Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəlllüdlü Ağayeva Dünya Güləbala qızı 04.01.2025-ci il tarixdə dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diqanozu ilə Masallı RMX PHŞ-in reanimasiya şöbəsinə daxil olmuş, göstərilən tibbi yardımlara baxmayaraq D.Ağayeva 10.01.2025-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada ölüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az