Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə araşdırma başlayıb.
Milli.Az xəbər verir ki, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırlır.
Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur:
"Xəstə Nəzrin Mansurova yanvarın 5-də də "Liv Bona Dea Hospital"ın reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni tənəffüs aparatına qoşulub, intensiv müaicə və müşahidə davam etdirilir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.
Xatırladaq ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün "Mərcan" klinikasında əməliyyata girən N.Mansurova sonradan komaya düşüb, daha sonra "Liv Bona Dea Hospital"a yerləşdirilib. İddia olunur ki, onun beyninə çirk yayılıb./"Report"
Milli.Az