Delta Hava Yollarına məxsus bir təyyarə mühərrik problemi səbəbindən uçuşunu ləğv etdikdən sonra Atlantadakı Hartsfield-Cekson Hava Limanının qarlı uçuş-enmə zolağına təxliyə olunub.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yüngül xəsarət alıb.
Sərnişinlərdən biri- Kertis Ceyms təyyarənin səmaya qalxarkən mühərrikdə bir problem meydana gəldiyini və yanğın baş verdiyini bildirib. Ceyms əlavə edib ki, təyyarə təcili təxliyə edilib. Hava limanı və aviasiya şirkəti yanğının səbəbi barədə açıqlama verməyiblər.
Aviadaşıyıcı tərəfindən verilən bəyanatda mühərrikdəki nasazlıq aşkar edildikdən sonra təyyarənin Minneapolisə (MSP) 2668 saylı reysi üçün uçuşun dayandırıldığı bildirilib.
Hadisə ABŞ-ın cənub bölgəsini əhatə edən qar yağışları səbəbindən ciddi zərər çəkən bir hava limanında baş verib. Dörd sərnişindən biri tibb müəssisəsinə aparılıb, digərlərinə isə yerində yardım göstərilib.
Fidan
Milli.Az