Yasamalda quruyan ağaclarla bağlı RƏSMİ AÇIQLAMA

11 Yanvar 2025 12:31

Yasamal rayonu ərazisindəki kənar dairəvi yol boyunca yerləşən meşəlik sahədəki ağacların əksəriyyəti quruyub, bir neçəsi isə kökündən aşıb.

Milli.Az xəbər verir ki, ekoloji aktivistlər iddia edirlər ki, bu ağacların quruması tikinti şirkətlərindən birinin məqsədli fəaliyyəti nəticəsində baş verib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti isə bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən 161 qurumuş və qəzalı vəziyyətdə olan ağacın yer aldığı beş hektarlıq ərazidə rəy verilib.

"Bu ağacların kəsilməsi və ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən 300-ə yaxın uyğun cinsli tingin əkilməsi planlaşdırılır. Hazırda qurumuş ağacların yığılması işləri aparılır. Məlumat verilib ki, təsdiq edilmiş layihə əsasında ərazidə abadlaşdırma işləri həyata keçiriləcək, o cümlədən velosiped yolları və uşaqlar üçün oyun meydançaları olan park inşa ediləcək. Bu ərazidə hər hansı bir tikinti fəaliyyəti nəzərdə tutulmur".

Asya
Milli.Az