Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Milli.Az xəbər verir ki, məhdudiyyətlərin məqsədi mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etməkdir.
Bu addım Kazan hava limanına 2024-cü ilin dekabrın 21-də pilotsuz uçuş aparatları ilə hücumun həyata keçirilməsindən sonra atılıb. Hücum nəticəsində bir neçə nəfər yaralanmışdı.
Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı hələlik açıqlama verilməyib.
Milli.Az