Jurnalistin ölümü ilə bağlı 4 nəfər həbs edildi – FOTO

11 Yanvar 2025 00:37

Özbəkistanda rusiyalı jurnalist İnessa Papernaya və daha iki nəfərin oteldə ölümü ilə bağlı 4 nəfər həbs edilib. 

Milli.Az xəbər verir ki, 47 yaşlı jurnalist və digərlərinin Daşkənddə yerləşən "Karaman Palace Hotel"ində dəm qazından boğularaq öldüyü məlum olub. 

Açılan cinayət işi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları otelin sahibini, istilik qazanxanasının iki satıcısını və onu quraşdıran santexnikı saxlayıblar. Oteldə fəaliyyət göstərən qazanxananın köhnəldiyi və qayda pozuntuları ilə quraşdırıldığı müəyyən edilib. 

Qeyd edək ki, 2024-cü il oktyabrın 22-də rusiyalı jurnalist İnessa Papernaya və yoldaşının Daşkənddəki hoteldə meyiti tapılmışdı. Onlar Özbəkistana tətilə getmişdilər. (Bizim.Media)

Milli.Az