Azyaşlı dərmandan zəhərləndi

11 Yanvar 2025 00:13

Balakəndə azyaşlı dərmandan zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Gərəkli kəndində baş verib.

3 yaşlı M.O. yaşadığı ünvanda nəzarətsiz qalaraq nənəsinə məxsus dərman qəbul edib.

Azyaşlı Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə aparılıb.

M.O.-ya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. /lent.az

Milli.Az