7,5 milyon manatlıq şirkətin səhmləri dövriyyədən çıxarılır

10 Yanvar 2025 19:05

"Azərbaycan Duz İstehsalat Birliyi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişir.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.

Məlumata görə, yenidən təşkil edilməsi ilə əlaqədar olaraq "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 7 500 ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.

Qeyd edək ki, "Azərbaycan Duz İstehsalat Birliyi" 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Talıbov Nağı Səməd oğludur.

Şirkət 7 500 000 manat nizamnamə kapitalına malikdir.

Milli.Az