Əməkdar artistin səhhətində problem yarandı

10 Yanvar 2025 17:43

Əməkdar artist Gülzar Qurbanovanın səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, aktrisa bu haqda özü məlumat yayıb. Qurbanova bildirib ki, tamaşaya hazırlaşdığı ərəfədə virusa yoluxub:

"Bazar günü "21:15 qatarı" tamaşasıdır. Mən də virusa yoluxdum, özünüzü qoruyun. 2 gündür mübarizə apara-apara fikirləşirəm ki, bəlkə 21.15 qatarını gözləməyi dayandırıb, həyatdan həzz alaraq onun axınına icazə versəm, gözlənilməz bir anda o qatara yetişə bilərəm. Kim bilir, bəlkə heç gözləmədiyim anda yaxşı şeylər gələ bilər... Bəlkə də... Buna görə də dərindən nəfəs alın, inanın yaxşı şeylər öz vaxtında - çox vaxt özümüzlə harmoniyada olduğumuz zaman gəlir". /Axşam.az 

Milli.Az