Rusiyalı xalq artisti xəstəxanaya yerləşdirildi

10 Yanvar 2025 17:18

Rusiyanın Xalq artisti Mixail Boyarskinin yenidən səhhətində problem yaranıb. 

Milli.az xarici mediaya istinadla xəbər verir ki, sənətçi Sankt-Peterburqdakı xəstəxanaların birinə yerləşdirilib. Buna səbəb ürəyin işemik xəstəliyi olub.

Sənətçi mətbuata açıqlamasında vəziyyətinin təfərrüatlarını açıqlamaqdan imtina edərək, səhhətini yalnız yaxınları ilə müzakirə etdiyini söyləyib.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Boyarski infarktla xəstəxanaya yerləşdirilmişdi.

Fidan
Milli.Az